AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Coğrafiyaçi alim Belarusdakı tədbirdə məruzə ilə çixiş edib
İyn 14, 2019 | 10:29 / Konfranslar, iclaslar
Oxunub 110 dəfə

AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini dosent Məhərrəm Həsənov Elmlər Akademiyalarının Beynəlxalq Assosiasiyası nəzdində Fundamental Coğrafi Problemlər Üzrə Birləşmiş Elmi Şuranın  və Beynəlxalq Elmi Seminarın 23-cü sessiyasının işində iştirak edib.

Belarusun Qrodnı şəhərində keçirilən "MDB regionu və ölkələrində yaşıl iqtisadiyyata keçidin ekoloji və coğrafi problemləri" adlı tədbirdə 7 ölkədən 50 coğrafiyaçı alim iştirak edib. Azərbaycanlı  alim  tədbir çərçivəsində təşkil edilən “Yaşıl infrastrukturun təşkili və yaşıl iqtisadiyyata keçidin əsası kimi ekosistem xidmətlərinin inkişafı” adlı "dəyirmi masa"da akademik Ramiz Məmmədovla birgə hazırladığı “Azərbaycanın iqlim ehtiyatları və yaşıl iqtisadiyyat məqsədilə onlardan istifadə imkanları” mövzusunda məruzə ilə çıxış edib.

Tədbir iştirakçıkarı məruzəni maraqla qarşılayıblar.

AMEA akademik. H. Əliyev adına Coğrafiya İnstitutunun

İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə: (012) 538-59 76;  mob. (050) 630-10-21

xrzazadeh@gmail.com 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015