AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
RSXM-də gənc alim və mütəxəssislər şurasının iclası keçirilib
İyn 11, 2019 | 12:04 / Konfranslar, iclaslar
Oxunub 92 dəfə

AMEA  nəzdində  Respublika Seysmoloji Xidmət Mərkəzinin Gənc Alim və  Mütəxəssislər  Şurasının  növbəti iclası keçirilib. İclasda Şuranın 2019-cu ilin  birinci  yarısında  gördüyü işlər, İdarə Heyətinə yeni üzvlərin seçilməsi  kimi məsələlərə baxılıb.

 

AMEA nəzdində RSXM-nin baş direktoru AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli mərkəzdə gənclərdən ibarət  kadr potensialının artdığını bildirərək, gənclərə  bilik və bacarıqlarını inkişaf etdirmək üçün yaradılan şəraitdən danışıb. Baş direktor şura üzvlərinə elmi və ictimai fəaliyyətlərində fəal olmağı tövsiyə edib.

Müzakirələr zamanı RSXM-nin əməkdaşlarından  Aynur Əliyeva və Xədicə Əliyeva Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin yeni üzvləri seçiliblər.

Daha  sonra Şuranın Idarə Heyətinin  üzvlərinin iclası olub. İslasda Afaq Ağazadə RSXM-nin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Azər İsgəndərov Şura sədrinin müavini, Lalə Piriyeva isə katibi seçilib.

AMEA nəzdində RSXM-nin  informasiya şöbəsi

Əlaqə: 012 492 34 57

vusale -777@mail.ru

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015