AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Cİ-də "Kiçik Akademiya"nın üzvləri üçün seminar keçirlib
İyn 10, 2019 | 12:08 / Konfranslar, iclaslar
Oxunub 392 dəfə

AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 30 nömrəli tam orta məktəbin tərkibində fəaliyyət göstərən "Kiçik Akademiya"nın üzvləri üçün seminar keçirilib. Tədbirdə İnstitutun elmi işlər üzrə direktor müavini dosent Məhərrəm Həsənov şagirdlərə elmin incəliklərindən söhbət açıb, fənlərin  dərindən  mənimsənilməsinin gələcək peşə seçiminin müəyyənləşdirilməsində onlara köməkçi ola biləcəyini izah edib.

Təhsil şöbəsinin müdiri c.ü.f.d. Müseyib Yunusov, Gənc Alim və Mütəxəssislər Şurasının sədri c.ü.f.d. Samirə Ələkbərova c.ü.f.d. Abil Haqverdiyev məktəbdə təhsilin səviyyəsini yüksəltməyin, şagirdlərə müasir texnologiyalardan istifadə etmək bacarığını aşılamağın önəmindən söz açıblar, şagirdlərə öyrəndikləri bilikləri ümumiləşdirərək müxtəlif mövzuları əhatə edən təqdimatlarla çıxış etməyi məsləhət görüblər. Aparıcı elmi işçi dosent Səidə Zeynalova, elmi işçi Samirə Abuşova da şagirdlərə dəyərli məsləhətlər veriblər.

Balaca coğrafiyaçılar qlobal istiləşmə, onun iqtisadiyyata, heyvanat aləminə və bitkilərə təsirindən bəhs edən geniş təqdimatla çıxış ediblər, hazırladıqları maketləri nümayiş etdiriblər.

Məktəbin coğrafiya müəllimləri bilik və bacarıqlarına görə şagirdləri ilə  qürur duyduqlarını qeyd ediblər.

Sonda "Kiçik Akademiya"nın rəhbəri Vüsalə Ağayeva tədbirin yüksək səviyyədə təşkilinə görə  İnstitut rəhbərliyinə minnətdarlığını bildirib.

AMEA akademik. H. Əliyev adına Coğrafiya İnstitutunun

İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə: (012) 538-59 76;  mob. (050) 630-10-21

xrzazadeh@gmail.com 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015