AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Cİ əməkdaşı Xərə Zirə adasında tədqiqat aparıb
İyn 04, 2019 | 12:13 / Konfranslar, iclaslar
Oxunub 118 dəfə

AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun elmi işçisi Emil Cəbrayılov mayın 22-dən 25-dək AMEA Rəyasət Heyətinin qərarına uyğun olaraq Zoologiya İnstitutunun Xərə Zirə adasına təşkil etdiyi  ekspedisiyada iştirak edib. Bakı və Abşeron arxipelağı adalarının kompleks tədqiqinə həsr edilmiş elmi ekspedisiyada  Coğrafiya İnstitutu ilə yanaşı, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya, Geologiya və Geofizika, Neft-Qaz İnstitutlarının alim və mütəxəssisləri, eləcə də  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da iştirak ediblər.

E.Cəbrayılov Xərə Zirə adasının ucqar nöqtələri, sahil xətti, dalğaların yaratdığı relyef formaları, ərazinin morfometrik göstəriciləri, palçıq vulkanı elementlərini tədqiq etmiş, iqlim ölçmələri aparmışdır. Təmsilçimiz ərazinin mənimsənilməsi imkanlarını araşdırmış, müşahidə olunan antropogen pozulmaların aradan qaldırılması üçün sahillərdə və yaxın akvatoriyada təmizlənmə işlərinin aparılmasına ehtiyac duyulduğunu müəyyən etmişdir.

AMEA akademik. H. Əliyev adına Coğrafiya İnstitutunun

İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə: (012) 538-59 76; mob. (050) 630-10-21

xrzazadeh@gmail.com

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015