AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Cİ əməkdaşlarının məktəblilərlə növbəti görüşü
İyn 18, 2019 | 09:38 / Görüşlər
Oxunub 73 dəfə

AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun  Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri Sabunçu rayonunun şəhid Fikrət Tağıyev adına 72 nömrəli məktəb-liseyində fəaliyyət göstərən "Kiçik Akademiya"nın tədbirində iştirak ediblər.

Şagirdlər tarın müşayiəti ilə “Kiçik Akademiya”ya həsr etdikləri himni  səsləndiriblər. Məktəbin direktoru F.Abbasova qısa müddətdə fəaliyyətə başlamasına baxmayaraq böyük işlərə imza atan “Kiçik Akademiya” üzvlərinin fəaliyyətindən, məktəb müəllimlərinin elmi-tədqiqat işlərinin aparılmasında  şagirdlərə göstərdikləri dəstəkdən  fərəhlə söz açıb.

Tədbirdə çıxış edən məktəb müəllimləri şagirdlərlə birlikdə apardıqları elmi araşdırmalardan, çöl təcrübələrdən danışıblar, Coğrafiya İnstitutunun gənc alimləri ilə birgə müasir texnologiyaların tətbiqi ilə elmi araşdırmalar aparmaq, kompüter proqramları vasitəsilə yeni elmi işlərə imza atmaq arzusunda olduqlarını vurğulayıblar.

Şuranın sədri, c.ü.f.d. Samirə Ələkbərova şagirdləri maraqlandıran sualları cavablandırıb, İnstitut rəhbərliyi adından məktəb kitabxanasına kitablar hədiyyə edib.

İnstitutun elmi katibi, c.ü.f.d., dosent Zərnurə Həmidova müasir texnologiyaların tətbiqi ilə elmi təhlillər aparmağın yollarından, yeni tədqiqat metodlarından danışıb.

İnstitutun böyük elmi işçisi, c.ü.f.d. Sevinc Məmiyeva  şagirdlərə ekologiyanı qorumağın yollarını izah edib, canlı orqanizmlərin varlığı üçün ətraf mühiti təmiz saxlamağın vacibliyini  önə çəkib. 

AMEA akademik. H. Əliyev adına Coğrafiya İnstitutunun

İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə: (012) 538-59 76 mob;.  (050) 630-10-21

xrzazadeh@gmail.com 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015