AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Xəzər dənizinin sahil sularına təzyiqlər müzakirə edilib
İyn 19, 2019 | 09:53 / Konfranslar, iclaslar
Oxunub 33 dəfə

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Elmi  seminarının növbəti iclasında İqlimşünaslıq və aqroiqlimşünaslıq şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə elmlər doktoru Səid Səfərovun “Kür deltasının keçid sularına və deltadan Lənkərana qədər Xəzər dənizinin sahil sularına təzyiqlər və onların təsiri” mövzusunda məruzəsi dinlənilib.

Alim məruzəsində Kür çayının Neftçala rayon mərkəzindən çayın  deltasına qədər hissəsində, çayın deltasında, həmçinin deltadan Xəzər dənizinin sahil xətti boyunca Lənkərana qədər olan ərazidə  keçid və sahil sularına edilən ekoloji təzyiq  amillərinin intensivliyinin müəyyənləşdirilməsi üzrə apardığı tədqiqatların nəticələri barədə məlumat verib.  O göstərib ki, tədqiq edilən ərazidə ən gərgin ekoloji vəziyyət Kürün deltasından Qızılağac   körfəzinə qədərki sahil sularında müşahidə edilir. Bu da əsasən müxtəlif çay, kanal və kollektorlarla dənizə axıdılan çirkləndiricilərlə  əlaqədardır.

Alim bildirib ki, baxılan su hövzələrinə edilən ekoloji təzyiqlərin təsirlərini daha dəqiq müəyyənləşdirmək üçün əlavə tədqiqatların aparılmasına ehtiyac vardır.

AMEA akademik. H. Əliyev adına Coğrafiya İnstitutunun

İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə: (012) 538-59 76;  mob. (050) 630-10-21

xrzazadeh@gmail.com 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015