AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
GAMŞ-ın üzvləri “Kiçik Akademiya”nın hesabat yığıcağında
İyn 20, 2019 | 09:22 / Konfranslar, iclaslar
Oxunub 107 dəfə

AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun  Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) üzvləri növbəti dəfə Yasamal rayonunun N.Tusi adına 173 saylı orta məktəbində təşkil olunmuş “Kiçik Akademiya”nın yarımillik hesabat yığıncağında iştirak ediblər.

Cİ-nin əməkdaşı  Gülsarə İmanova rəhbərlik etdiyi “Kiçik Akademiya”nın  hesabatında cari ilin birinci yarısında görülmüş işlərdən, çöl tədqiqatlarından, yuxarı sinif şagirdlərinin əldə etdikləri təcrübələrdən, elmi yeniliklərə əsasən müxtəlif mövzularda hazırladıqları təqdimatlardan,  “İnsan sağlamlığına ətraf mühitin təsiri”, “Səma cisimləri, ulduzlar aləmi” və  təşkil olunmuş bu kimi tədbirlərin uğurla keçdiyindən danışıb.

GAMŞ-ın sədri c.ü.f.d. Samirə Ələkbərova və İnstitutun kiçik elmi işçisi Fəridə Talıbova şagirdlərə  tövsiyələr veriblər.

İstedadlı və xüsusi bacarıqlı şagirdlərin çıxışından  sonra məktəbin direktoru Sitarə Abbasova gənc alimlərə GAMŞ ilə birgə təşkil olunan tədbirlərin, elmi araşdırmaların şagirdlərdə elmə olan marağın artmasında, onların peşə seçimində mühüm rol oynadığını diqqətə çatdırıb.

AMEA akademik. H. Əliyev adına Coğrafiya İnstitutunun

İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə: (012) 538-59 76 ;  mob. (050) 630-10-21

xrzazadeh@gmail.com  

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015