AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Azərbaycanli alim 81-ci EAGE konfransında məruzə etmişdir
İyn 21, 2019 | 09:29 / Konfranslar, iclaslar
Oxunub 58 dəfə

AMEA Neft və Qaz İnstitutunun elmi katibi yer elmləri üzrə fəlsəfə doktoru Şəlalə Hüseynova London şəhərində keçirilmiş Avropa Yer Elmləri Alimləri və Mühəndisləri Assosiasiyasının (EAGE) 81-ci Beynəlxalq konfrans və sərgisində iştirak etmişdir.

Dünyanın ən tanınmış geoloqlarının, geofiziklərinin, geokimyaçıların, neft və qaz yataqlarının işlənməsi üzrə mütəxəssislərin, ekoloqların və digər yer elmləri üzrə alim və mütəxəssislərın toplandığı konfransa 7 mindən çox nümayəndə qatılmış və elmi sessiyalarda minə yaxın məruzə dinlənilmişdir.

Azərbaycanlı alim Şəlalə Hüseynovanın “Geochemical study and modeling of petroleum systems within the western flank of the South Caspian basin” (Cənubi Xəzər hövzəsinin qərb bortunun karbohidrogen systemlərinin geokimyəvi tədqiqi və modelləşdirilməsi) mövzusunda etdiyi məruzə beynəlxalq tədbir iştirakçıları tərəfindən  maraqla qarşılanmışdır.

Neft və Qaz İnstitutu İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə: 077 533 59 27

gulgez_memmedova@mail.ru 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015