AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Azərbaycan Televiziyasında coğrafiyanın bir sıra məsələləri müzakirə olunub
İyn 24, 2019 | 09:48 / Konfranslar, iclaslar
Oxunub 53 dəfə

Başda akademik Ramiz Məmmədov və c.ü.f.d. Şahin Pənahov olmaqla, AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları, Azərbaycan Dövlət Pedaqoji və Bakı Dövlət Universitetlərinin müəllim-tələbə kollektivi Azərbaycan Dövlət Televiziyasının qonaqları olmuşlar.

Aparıcı  coğrafiyaçı jurnalist Orxan Cabbarlının “Təhsil üçbucağı” verilişinə dəvət olunmuş akademik Ramiz Məmmədov, eləcə də digər iştirakçılar coğrafiyanın müxtəlif problemləri, gələcək inkişafı haqqında fikir mübadiləsi  aparmış, irad və təkliflərini bildirmişlər.

Coğrafiya elmi haqqında fikir bildirən akademik onun artıq özünün təsviri funksiyasını çoxdan  başa vurmuş və fundamental tətbiqi bir elmə çevrildiyini tamaşaçıların diqqətinə çatdırmışdır. O,ölkə coğrafiyaçılarının əldə olunmuş nailiyyətlərə görə üç dəfə  Azərbaycan Dövlət Mükafatına layiq görüldüyünü xüsusilə vurğulamışdır.

Coğrafiya dərsliklərinə münasibət bildirən alim müəlliflərin təkcə coğrafiyanın bilicisi olmağın  kifayət etmədiyini, onların həm də hərtərəfli biliklərə malik olmalarını vacib hesab edib.

Bir saata  yaxın davam edən verilişdə müasir coğrafiyaya yeni baxış, coğrafiyanı necə öyrətməli və öyrənməli, coğrafiyanın xalq təsərrüfatının inkişafında rolu, coğrafiya fənninin ali və orta məktəblərdə tədrisi, elmlə tədrisin vəhdəti, təhsil ocaqlarında coğrafiyaya olan münasibət, kadr hazırlığı, coğrafi informasiya vasitələrinin tətbiqi ilə Xəzər dənizinin öyrənilməsi, coğrafi biliklərin həyatımızda – kənd təsərrüfatında və iqtisadiyyatda tətbiqi, coğrafiya elminin gələcək inkişafı və s. kimi məsələlər yer alıb.

AMEA akademik. H. Əliyev adına Coğrafiya İnstitutunun

İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə: (012) 538-59 76; mob. (050) 630-10-21

xrzazadeh@gmail.com 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015