AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Cİ əməkdaşları "Kiçik Akademiya" üzvlərinin hazırlığını qiymətləndiriblər
İyn 27, 2019 | 09:16 / Konfranslar, iclaslar
Oxunub 102 dəfə

AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları məktəblilərlə iş ənənəsini davam etdirərək növbəti dəfə münsiflər kürsüsündə əyləşiblər.

Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin aparıcı elmi işçisi, c.ü.f.d., dosent Elina Kərimova və İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi Cəmilə Əhmədova  paytaxtın Nizami rayonunda yerləşən 238 nömrəli tam orta məktəbində keçirilən  “Kiçik Akademiya” üzvlərinin IV elmi konfransında iştirak ediblər.

Konfrans bir neçə  məqsəd  daşıyıb: gənc nəsli elmin ən aktual problemləri ilə tanış etmək; şagirdlərin nitq qabiliyyətini inkişafına nail olmaq; onlarda ilkin elmi tədqiqat vərdişlərini formalaşdırmaq; elmə həvəs oyatmaq; şagirdlərə beynəlxalq elmi müsabiqələrdə  davranmaq mədəniyyəti aşılamaq və ən əsası, müasir düşüncəyə malik insan yetişdirmək.

Məktəblilər konfransda ədəbiyyat, coğrafiya, fizika, kimya və s. kimi elmin müxtəlif istiqamətlərində məruzələrlə çıxış edərək, biliklərini nümayiş etdiriblər.

Coğrafiya bölməsi üzrə münsiflər heyətinin üzvləri olan İnstitut əməkdaşları təqdimatlardan razı qalaraq məktəblilərin məruzələrini yüksək qiymətləndiriblər.

AMEA akademik. H. Əliyev adına Coğrafiya İnstitutunun

İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə: (012) 538-59 76;   mob. (050) 630-10-21

xrzazadeh@gmail.com 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015