AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Qızılağac körfəzində tədqiqatlar davam edir
İyl 01, 2019 | 11:30 / Maraqlı məlumatlar
Oxunub 45 dəfə

AMEA akad. H.Ə.Əliyev  adına Coğrafiya İnstitutunun  Xəzər Dənizinin Hidrometeorologiyası şöbəsinin əməkdaşları – şöbə müdiri c.ü.f.d. Zabit Allahverdiyev, c.ü.f.doktorları Nazim Əhmədov, Zahidə Tatlıyeva və mütəxəssis Ramin Atakişiyev iyunun 18-dən 27-dək Qızılağac körfəzində məzuniyyətdə olmuşlar.

Cİ əməkdaşlarının məqsədi Qızılağac körfəzinin müasir dövrdə morfoloji, hidrometeoroloji və hidrokimyəvi şəraitini öyrənmək məqsədilə aparılan tədqiqatları davam etdirmək olub.

Tədqiq olunan ərazidə  dərinlik üzrə ölçmə işləri aparılmış, səth suyundan və dib çöküntülərindən nümunələr götürülmüş, axın sürətinin, səth suyunun  və havanın temperaturu ölçülmüş, kiçik və böyük körfəzlər arasındakı mübadilə kanallarının (su axıdılan, qəza və balıq  keçən) hazırkı vəziyyəti və dənizin səviyyə durumu haqqında məlumatlar toplanmış və arxivləşdirilmə işləri yerinə yetirilmişdir.

AMEA akademik. H. Əliyev adına

Coğrafiya İnstitutunun

ictimaiyyətlə əlaqələr şöbəsi

 

Əlaqə:

(012) 538-59 76 

mob. (050) 630-10-21

xrzazadeh@gmail.com

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015