AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
“Tufandağ ekogeomorfoloji dəstəsi” çöl tədqiqatlarından qayıdıb
İyl 04, 2019 | 11:49 / Mühüm hadisələr
Oxunub 78 dəfə

C.ü.f.d. Rəfail Abdullayevin rəhbərliyi ilə AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu “Geomorfologiya və təbii risklər” şöbəsinin əməkdaşlarından ibarət “Tufandağ ekogeomorfoloji dəstəsi” Böyük Qafqazın cənub yamacında çöl tədqiqatlarında olmuşdur.

Baza Tüntül kəndi (Qəbələ rayonu) olmaqla üç əsas və bir vizual istiqamətdə tədqiqat marşrutları seçilmişdir:

  1. Tüntül-Duruca-Yatmışgözəl-Peyğəmbərbulaq-Rüstəmbaz-Tufan gölləri (3863 m);
  2. Tüntül-Sincan-Xaçmaz-Filfili-Kaytdağ-Çaldaş (3428 m);
  3. Tüntül-Qumlax-Xalxal-Qasdağ (2728 m);
  4. Nialdağ: Lahıc və Dəmirçilər istiqamətləri.

Mütəxəssislər ekspedisiya müddətində relyefə antropogen təsirin artması ilə əlaqədar təbii tarazlığın pozulması, nəticə etibarı ilə ekzogen proseslərin sürətlənməsi, relyefin müxtəlif dərəcəli dəyişikliklərə məruz qalması, yay otlaq sahələrinin sürətli deqradasiyası, buzlaqların aşağı sərhədlərinin geri çəkilməsi ilə əlaqədar yeni sel ocaqlarının açılması və sayının artması, əvvəlkilərin isə xeyli genişlənməsi hallarını  müşahidə etmişlər.  

 

AMEA akademik. H. Əliyev adına

Coğrafiya İnstitutunun

ictimaiyyətlə əlaqələr şöbəsi

 

Əlaqə:

(012) 538-59 76 

mob. (050) 630-10-21

xrzazadeh@gmail.com

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015