AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Su balansının qiymətləndirilməsinə dair yeni kitab nəşr olunub
İyl 04, 2019 | 01:32 / Yeni nəşrlər
Oxunub 96 dəfə

AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi c.ü.f.d. Mövlud Teymurovun “Ərazinin su balansı və rütubətlənmə şəraitinin yeni metodlarla qiymətləndirilməsi” adlı monoqrafiyası nəşr olunub. Kitab akademik Ramiz Məmmədovun elmi redaktorluğu və Elmi Şuranın qərarı əsasında çap edilib.

Əsərdə ərazinin su balansını hesablamaq məqsədilə yeni Sintez Su Balansı Metodu (SWBM) təklif edilir. Müəllif müasir və innovativ tədqiqat üsullarından istifadə edərək balansını yeni elmi yanaşmada, ilk dəfə olaraq torpaq-su münasibətlərini vahid mexanizm şəklində qəbul edir. Eləcə də balansa tamamilə fərqli komponentlər daxil etməklə qiymətləndirir. Yeni metodun əsas konsepsiyası ondan ibarətdir ki, müşahidə məlumatları olmadan və zaman-məkan məhdudiyyəti qoyulmadan təkcə ərazinin peyk təsviri əsasında yüksək dəqiqliklə və operativ şəkildə hesablamaları yerinə yetirmək mümkün olur.

Kitabda çayın yeraltı qidalanma payının, axım formalaşdıra bilən konkret yağıntı miqdarının, torpaqların sututumu və bitkilərin suvarma normasının hesablanması üçün təkliflər də yer aıb.

 

Monoqrafiya hidrometeorologiya, coğrafiya, su təsərrüfatı, ekologiya, torpaqşünaslıq və digər ixtisaslar üzrə mütəxəssislər və təhsil alanlar üçün nəzərdə tutulub.

 

 

AMEA akademik. H. Əliyev adına

Coğrafiya İnstitutunun

ictimaiyyətlə əlaqələr şöbəsi

 

Əlaqə:

(012) 538-59 76 

mob. (050) 630-10-21

xrzazadeh@gmail.com

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015