AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Coğrafiyaçı fəalların yığıncağında problemlər müzakirə olunub
Avg 06, 2019 | 10:49 / Konfranslar, iclaslar
Oxunub 31 dəfə

Azərbaycanın müxtəlif şəhər və kəndlərinin ali və orta məktəb müəllimləri, elmi tədqiqat institutlarının əməkdaşları, eləcə də coğrafiya dərsliklərinin müəllifləri, Dövlət İmtahan Mərkəzinin ekspertləri və fəxri ad almış coğrafiyaçıların görüşü keçirilib. Məqsəd Azərbaycan təhsilində coğrafiya fənninin bugünkü vəziyyəti, tədrisində olan problemlər və fənnin gələcək durumu haqqında müzakirələr aparmaq, bir sıra məsələlərə aydınlıq gətirmək olub.

AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun elmi işçisi Elvin Soltanov, BDU-nun dosenti Nərminə Seyfullayeva, orta məktəb müəllimləri Şamxal Haşımov, Fərəc Cəfərov, Xəzər Nuriyev, Amid Məmmədov, Samir Cəbrayılov, Ramiz Tayıbov, əməkdar müəllimlər Məhəmmədəli Rəsulov, Şərafət Hüseynli və başqaları coğrafiya fənninin orta və ali məktəblərdə mövcud problemlərindən, bakalavr və magistratura pillələri üzrə qəbul imtahanlarına salınmış sualların qəlizliyindən,  coğrafiya fənninin orta və ali məktəblərdə nüfuzunun azalmasından və buna əsas səbəb kimi fənnin nə buraxılış imtahanlarında, nə də ali məktəblərə qəbul imtahanlarında II ixtisas blokundan başqa digər bloklara salınmamasından və sairdən danışıblar, bir çox təkliflər irəli sürüblər.

Görüş iştirakçıları bu kimi problemlərin aradan qaldırılması üçün tədbirlərin həyata keçirilməsini  və bunun aidiyyatı təşkilatlara  çatdırılmasının vacibliyini xüsusi  qeyd ediblər.

AMEA akademik. H. Əliyev adına Coğrafiya İnstitutunun

İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə: (012) 538-59 76 ;  mob. (050) 630-10-21

xrzazadeh@gmail.com  

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015