AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Azərbaycan və rusiyalı seysmoloqlar Xəzər dənizi regionunda birgə tədqiqatlar aparacaqlar
Avg 06, 2019 | 10:50 / Konfranslar, iclaslar
Oxunub 39 dəfə

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Rusiya Federasiyası Təhsil və Elm Nazirliyinin  Serqo Orjonikidze  adına  Rusiya  Dövlət  Geolojikəşfiyyat Universitetinin təşkilatçılığı ilə Moskvada  “Xəzər regionunun mineral xammal bazası” mövzusunda keçirilən müzakirələrdə iştirak edib.

Səfər çərçivəsində RSXM-nin baş direktoru ikitərəfli əməkdaşlığın imkişafına dair bir sıra görüşlər də keçirib. Eləcə də Serqo Orjonikidze  adına  Rusiya  Dövlət  Geolojikəşfiyyat Universiteti ilə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi arasında “Elmi - texniki əməkdaşlıq” haqqında razılaşma imzalanıb. Sənədi Serqo Orjonikidze  adına  Rusiya  Dövlət  Geolojikəşfiyyat Universitetinin rektoru Vadim Kosyanov və AMEA nəzdində RSXM-nin baş direktoru Qurban Yetirmişli imzalayıblar. Razılaşmada ikitərəfli əməkdaşlıq çərçivəsində əlaqələrin genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsi, Xəzərdənizi hövzəsi ilə bağlı birgə elmi tədqiqatların aparılması, ekoloji risklərin öyrənilməsi nəzərdə tutulur.

AMEA nəzdində RSXM-nin  informasiya şöbəsi

Əlaqə: 012 492 34 57

vusale -777@mail.ru

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015