İyl 29, 2019 | 10:42 / Yeni nəşrlər
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin elmi nəşri olan "Seismoprognosis observations in the territory of Azerbaijan" (“Azərbaycan ərazisində seysmoproqnoz müşahidələri”) elmi jurnalının 2019-cu ildə birinci nömrəsi çapdan çıxıb. Jurnalda Yer elmləri bölməsi sahəsində (seysmologiya, geofizika, geodinamika və s.) aparılan elmi tədqiqatlarlın nəticələrinə dair məqalələr toplanılıb.
Qeyd edək ki, 2019-cu ilə qədər jurnal ildə bir dəfə nəşr edilib. Bu ildən redaksiya heyəti jurnalın dövriliyini artıraraq ildə iki dəfə nəşr olunmasına qərar verib. Yer elmləri sahəsində elmi fəaliyyətlə məşğul alimlər, mütəxəssislər və magistrlər məqalələrini jurnala təqdim edə bilərlər.
Yenicə çapdan çıxmış jurnalın materialları ilə aşağıdakı linklə tanış olmaq olar:
http://www.seismology.az/journal/files/articles/jurnal-2019.pdf
AMEA nəzdində RSXM-nin informasiya şöbəsi
Əlaqə: 012 492 34 57
vusale -777@mail.ru