AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Cİ əməkdaşları Geoparkların inkişafına dair keçirilən konfransın iştirakçılari olublar
Avg 07, 2019 | 10:52 / Konfranslar, iclaslar
Oxunub 35 dəfə

AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları -  başda akademik Ramiz Məmmədov olmaqla, coğrafiya üzrə fəlsəfə doktorları Zaur İmrani, dosent Elina Kərimova, Natavan Cəfərova və  kiçik elmi işçi Ərtünov Nofəl iyulun  Tbilisidə keçirilmiş ə “Cənubi Qafqaz transsərhəd  əməkdaşlığında  geoparkların potensialı” adlı Beynəlxalq konfransda iştirak ediblər.

Almaniyanın Yustus Libix adına Qisen Universitetinin təşkilatçılığı ilə rallaşmış tədbir Zaqafqaziya ölkələri ərazisində geoparkların yaranması üçün potensialın üzə çıxarılması məqsədinü güdüb.

N.Cəfərova və N.Ərtünov konfransda mövzu üzrə məruzələrlə maraqlı çıxışlar ediblər və iştirakçıların çoxsaylı suallarını cavablandırıblar.

Konfrans çərçivəsində iştirakçıların Gürcüstanın Milli Parkına ekskursiyası təşkil edilib.

Bildirək ki, professor Andreas Ditmanın rəhbərliyi ilə  Qisen Universitetinin bir qrup tələbəsi 22-24 iyul tarixlərində Azərbaycanda olmuşlar.  İnstitut əməkdaşları tərəfindən onlar üçün Qobustan Dövlət Tarixi-Bədii Qoruğu,  "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu,Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğuna səfərləri təşkil edilib.

AMEA akademik. H. Əliyev adına Coğrafiya İnstitutunun

İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə: (012) 538-59 76 ; mob. (050) 630-10-21

xrzazadeh@gmail.com

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015