AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Cİ əməkdaşı “VİKİMANİYA-2019”-da Azərbaycanı təmsil edib
Avg 29, 2019 | 10:19 / Konfranslar, iclaslar
Oxunub 31 dəfə

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşı Aida Aslanova,  Vikipediya idarəçiləri Elgün Atalıyev və Eldar Əzimov   İsveç Krallığının paytaxtı Stokholmda keçirilmiş XV Beynəlxalq Vikimaniya konfransında Azərbaycanı təmsil ediblər.

Açılış günü təmsilçilərimiz Stokholm şəhər bələdiyyəsində Vikipediyanın yaradıcısı Cimmi Uels ilə görüşüşüblər. Azərbaycan vikipediyaçıları konfrans çərçivəsində Vikipediyanın bugünü və inkişaf perspektivləri, qarşıda duran vəzifə və problemlər, Vikimediya  layihələrində olan çatışmazlıqlar və digər müxtəlif mövzular üzrə təşkil olunmuş mühazirə  və görüşlərdə fəal iştirak edib, Vikipediyanın müxtəlif dil bölmələri üçün elektron elmin nəzəri problemləri ətrafında müzakirələr aparıblar.

Aida Aslanova “Vikipediya və xəritələr” mövzusunun müzakirəsində Xəzər dənizinin 3d xəritəsini təqdim edib, “Vikipediya və təhsil” bölməsində isə vikipediyanın Azərbaycanın təhsil ocaqlarında tədrisin zəruri olduğunu  diqqətə çatdırıb.

Azərbaycanın nümayəndə heyəti, eyni zamanda, digər ölkələrdən olan türkdilli vikipediyaçılarla ünsiyyət quraraq gələcək planlar barədə fikir mübadiləsi ararıblar.

AMEA akademik. H. Əliyev adına Coğrafiya İnstitutunun

İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə: (012) 538-59 76;   mob. (050) 630-10-21

xrzazadeh@gmail.com

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015