AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
“ELMIİN CAZİBƏSİ” adlı kitab nəşr olunub
Avg 28, 2019 | 10:29 / Yeni nəşrlər
Oxunub 52 dəfə

Geologiya və Geofizika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri yazıçı-jurnalist Şirməmməd Nəzərlinin “Elmin cazibəsi” kitabı AMEA-nın “Elm” nəşriyyatında çapdan çıxıb.

Kitab Yer Elmləri Bölməsi alimlərinin nailiyyətləri ilə bağlı müsahibə və elmi məqalələrdən, həmçinin tarix boyu elmin məfhumlarda və əməli işdə mövcudluğu barədə yazılardan ibarətdir. 

Elmin populyarlaşdırılması məqsədilə hazırlanmış, elm adamları, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş nəşr “Müsahibələr”, “Məqalələr”, “Tarixdə elm sözü və elmin özü” fəsillərindən ibarətdir.

Birinci və ikinci fəsillərdə yer almış materialların hamısı son bir-iki il ərzində ölkə mətbuatında dərc edilmiş yazılardır.

Üçüncü fəsil müsəlman Şərqində alimlərin elmi nailiyyətlərinə, elm haqqında deyilmiş müdrik sözlərə və məşhurların bilik barədə söylədikləri kəlamlara həsr edilib. 

Kitabın redaktoru geologiya-mineralogiya elmləri doktoru Novruz Novruzov, “Ön söz”ünün müəllifi və rəyçisi akademik Fəxrəddin Qədirovdur.

GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi 
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru   

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015