AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Qızılağac körfəzində tədqiqatlar davam edir
İyn 29, 2019 | 10:24 / Konfranslar, iclaslar
Oxunub 18 dəfə

AMEA akad. H.Ə. Əliyev  adına Coğrafiya İnstitutunun   “Xəzər Dənizinin Hidrometeorologiyası” şöbəsinin əməkdaşları – şöbə müdiri, c.ü.f.d. Zabit Allahverdiyev, c.ü.f.doktorları Nazim Əhmədov, Zahidə Tatlıyeva və mütəxəssis Ramin Atakişiyev iyunun 18-dən 27-dək Qızılağac körfəzində məzuniyyətdə olmuşlar.Əsas məqsəd Qızılağac körfəzinin müasir dövrdə morfoloji, hidrometeoroloji və hidrokimyəvi şəraitini öyrənmək məqsədilə aparılan tədqiqatları davam etdirmək olub.

Tədqiq olunan ərazidə  dərinlik üzrə ölçmə işləri aparılmış, səth suyundan və dib çöküntülərindən nümunələr götürülmüş, axın sürətinin, səth suyunun  və havanın temperaturu ölçülmüş, kiçik və böyük körfəzlər arasındakı mübadilə kanallarının (su axıdılan, qəza və balıq  keçən) hazırkı vəziyyətləri və dənizin səviyyə durumu haqqında məlumatlar toplanmış və arxivləşdirilmə işləri yerinə yetirilmişdir.

AMEA akademik. H. Əliyev adına Coğrafiya İnstitutunun

İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə: (012) 538-59 76;  mob. (050) 630-10-21

xrzazadeh@gmail.com 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015