AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
FotoVideo
GGİ-nin şöbə rəhbəri III Beynəlxalq geotermal konfransında iştirak edib
Sen 10, 2019 | 10:32 / Konfranslar, iclaslar
Oxunub 59 dəfə

Geologiya və Geofizika İnstitutunun (GGİ) Geotermiya şöbəsinin rəhbəri Abdulvahab Muxtarov GEOHEAT III Beynəlxalq Geotermal Konfransında iştirak edib.

Sentyabrın 3-6-da Rusiyanın Petropavlovsk-Kamcatsk şəhərində Rusiya Federasiyasının Elm və Ali Təhsil Nazirliyi və Rusiya Elmlər Akademiyasının Uzaq Şərq bölməsinin Elmi-tədqiqat Geotexnoloji Mərkəzi tərəfindən təşkil olunmuş tədbirin işinə dünyanın 15 ölkəsindən (ABŞ, Almaniya, Azərbaycan, İtaliya, Rusiya, Fransa və s.) 100-dən çox nümayəndə qatılıb.

Beynəlxalq konfransda Azərbaycanı təmsil edən AMEA GGİ-nin əməkdaşı Abdulvahab Muxtarov “Maqmatik və palçıq vulkanları: mantiyadan səthə istilik daşınmasının iki mərhələsi” mövzusunda məruzə ilə çıxış edib. Konfransın həm də təşkilat komitəsinin üzvü olan g.m.e.d. A.Muxtarov məruzəsində maqmatik və palçıq vulkanlarının oxşar və fərqli xüsusiyyətlərini təhlil edərək bunlarda istilik-kütlə daşınması mexanizmlərinin eyni olduğunu, global miqyasda palçıq vulkanlarının və maqmatik vulkanların əsasən eyni zonalarda yayıldığını, müasir aktiv maqmatik vulkanların fəaliyyət zonasında palçıq vulkanlarının mövcudluğunu və müasir palçıq vulkanlarının yayıldığı sahələrdə keçmiş geoloji dövrlərdə maqmatik vulkanizmin mövcud olduğunu və bir çox başqa amilləri nəzərə çatdırıb.

Məruzə konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Kamçatkada olduğu günlərdə A.Muxtarov burada geotermal enerjidən istifadə məsələləri ilə də maraqlanıb, Mutnovski GeoTES-lə, onun enerji ehtiyatlarını təmin edən Mutnovski geotermal sahəsi ilə, Kamçatkanın məşhur Qeyzerlər vadisi, Uzon kalderası ilə tanış olaraq gələcək tədqiqatları üçün məlumatlar toplayıb.

GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru  

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015