AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Cənub zonasının demoqrafiya məsələlərinə dair yeni kitab çapdan çıxıb
Sen 11, 2019 | 09:00 / Yeni nəşrlər
Oxunub 355 dəfə

Akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu İnsan coğrafiyası istiqaməti əməkdaşlarının “Lənkəran-Astara iqtisadi-coğrafi rayonunda demoqrafik inkişaf problemləri və əhalinin məskunlaşması” adlı yeni kitabı çapdan çıxıb.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları çərçivəsində ikinci nəşr olan və 4 fəsildən ibarət monoqrafiyada Azərbaycanın cənub regionunda əhali məskunlaşmasının müasir vəziyyəti, onun dinamikasına təsir göstərən təbii-coğrafi və sosial-iqtisadi amillər, nizamlanması istiqamətləri təhlil olunur. Kitabda həmçinin  rəngli şəkillər, xəritə və cədvəllər yer alıb.

Monoqrafiya əhali coğrafiyası, demoqrafiya, iqtisadi coğrafiya ilə məşğul olan elmi işçilər, ali məktəb tələbələri (bakalavr və magistlər), regional planlaşma ilə məşğul olan mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Kitabın baş redaktoru akademik Ramiz Məmmədov, elmi redaktoru coğrafiya üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Həsənovdur. 

 

AMEA akademik. H. Əliyev adına Coğrafiya İnstitutunun

İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə: (012) 538-59 76 ; mob. (050) 630-10-21

xrzazadeh@gmail.com

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015