AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Geologiya və Geofizika İnstitutunda 15 sentyabr – bilik günü münasibəti ilə tədbir reallaşıb
Sen 13, 2019 | 12:59 / Konfranslar, iclaslar
Oxunub 175 dəfə

Geologiya və Geofizika İnstitutunda(GGİ) bu elm müəssisə  əməkdaşlarının övladları üçün 15 sentyabr – Bilik Günü münasibəti ilə tədbir keçirilib.Tədbiri GGİ-nin Həmkarlar İttifaqı Komitəsi (HİK) tərəfindən təşkil olunub.
Bilik Günü toplantısını giriş sözü ilə açan HİK-in sədri, İnstitutun Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri  geologiya üzrə fəlsəfə doktoru Kamran Əliyev bildirib ki, uşaqları bir araya gətirməkdən məqsəd elmə xidmət edən alimlərin övladlarına diqqət nümayış etdirmək və onlarda elmə ibtidai həvəs yaratmaqdır.

Tədbirin bədii hissəsində peşəkar incəsənət ustaları əyləncəli proqram reallaşdırıblar, həmçinin məntiqi və əyləncəli müsabiqələr keçiriblər.
Sonda tədbirdə iştirak edən 60-dan çox şagirdə məktəb ləvazimatlarından ibarət hədiyyələr təqdim edilib və xatirə şəkli çəkilib.

GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015