AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Azərbaycan və yaponiyalı seysmoloqlar Xəzər dənizində birgə tədqiqatları müzakirə ediblər
Sen 20, 2019 | 10:20 / Konfranslar, iclaslar
Oxunub 225 dəfə

Yaponiyanın “OYO” şirkətinin vitse-prezidenti Toti Hakada, baş mühəndis Eiti Uoide və katibi Sumiuo Qgo Azərbaycana səfər ediblər. Qonaqlar AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində Mərkəzin baş direktoru, AMEA - nın müxbir üzvü, professor Qurban Yetirmişli ilə görüşüblər. Görüşdə “OYO” şirkəti ilə Respublika Seysmoloji Xidmət Mərkəzinin uzun illərdən bəri əməkdaşlıq edildiyi və tərəflərin bu əlaqələrin daha da genişləndirilməsinə maraqlı olduqları vurğulanıb.

RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli qonaqları hazırda mərkəz tərəfindən aparılan tədqiqatlar barədə ətraflı məlumat məlumatlandırıb, ikitərəfli əlaqələrlə yanaşı, birgə regional layihələr həyata keçirilməsinə dair təklif verib. Baş direktor birgə əməkdaşlığın tərəflər üçün də faydalı olduğunu bildirib.

Müzakirələr zamanı həmçinin  Xəzər dənizində birgə seysmoloji tədqiqatların aparılması və RSXM-nin dənizdibi seysmik stansiyalarının quraşdırılmasına yaponiyalı mütəxəssislər tərəfindən dəstək verlməsinə də toxunulub. “OYO” şirkətinin vitse-prezidenti Toti Hakada Xəzər dənizində birgə əməkdaşlıqla bağlı təklifi marqla qarşılayıb və bu istiqamətdə layihənin hazırlanmasının mümkün olduğunu deyib.

Hazırda Yaponiyanın okeanda sualtı stansiyalarının fəaliyyət göstərdiyini bildirən qonaq Xəzər dənizində dənizdibi stansiyaların quraşdırılmasının Azərbaycanda aparılan seysmoloji tədqiqatların keyfiyyətinə də müsbət təsir göstərəcəyini vurğulayıb.

Tərəflər hazırda dünyada seysmoloji sahədə aparılan tədqiqatlarda istifadə edilən yeni cihazlar və texnologiyalara dair fikir mübadiləsi aparıblar.

Görüşdə Toti Hakada RSXM-nin baş direktorunu 2020-ci ilin sentyabrında Tokioda keçiriləcək Beynəlxalq Seysmoloji Simpoziuma dəvət edib.

AMEA nəzdində RSXM-nin  informasiya şöbəsi

Əlaqə: 012 492 34 57

vusale -777@mail.ru 

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015