AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
RSXM əməkdaşları Fransa-Azərbaycan Universitetinin tələbələrinə təlim keçiblər
Sen 23, 2019 | 09:05 / Konfranslar, iclaslar
Oxunub 31 dəfə

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi  ilə Fransa-Azərbaycan  Universiteti arasında əldə olunmuş razılaşmaya əsasən, Mərkəz  əməkdaşları universitetin 4-cü kurs tələbələrinə  geofiziki cihazlardan istifadə və həmin cihazlarla aparılan tədqiqatlar zamanı alınmış məlumatların emal edilməsinə dair təlim keçiblər.

Qobu  ərazisində seçilmiş poliqonda təlimi  RSXM-nin Makroseysmik tədqiqatlar  şöbəsinin müdiri, g.-m. üzrə f.d., dosent Etibar Qaravəliyev  , Qravimetrik tədqiqatlar şöbəsinin müdiri Elçin Bağırov, Maqnitometriya şöbəsinin böyük elmi işçisi Nadirşah Xanbabayev və şöbənin əməkdaşı Mahir Zeynalov  keçiblər.

Beş gün davam edən təlimdə həmçinin Fransanın Strasburq Universitetinin əməkdaşları Maksim Bano GPR, Sheldon Warden Elektrik və Elekrtomaqnit tədqiqat işləri üzrə təlim kurslarını təqdim ediblər.

Çöl işləri tələbələrin marağına səbəb olduğundan onlar bakalavr buraxılış işlərinin AMEA nəzdində RSXM-dən götürmək istədiklərini bildirdilər.

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi

Əlaqə: 012492-34-57

E-mail: vusale-777@mail.ru

vusalarafiqqizi@gmail.com

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015