AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
GGİ alimləri NSHQMT ekspertləri ilə birlikdə elmi nəticələri ON LINE rejimdə istifadəyə hazirlayirlar
Sen 24, 2019 | 09:03 / Konfranslar, iclaslar
Oxunub 17 dəfə

Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması Müqaviləsi Təşkilatının  ekspertləri Aleksandr Poplavskiy və Abdelouaheb Agrebi Azərbaycan Respublikasının Avstriyadakı səfirliyinin dəstəyi ilə AMEA Geologiya və Geofizika İnstitutunda (GGİ) ezamiyyətdədirlər.

Səfərdən məqsəd AMEA  GGİ-də fəaliyyət göstərən Milli Məlumat Mərkəzindəki sistemin yenilənməsi və on-line rejimində CTBTO mərkəzi ilə birbaşa əlaqənin qurulması, birlikdə alınmış məlumatların təhlilini təmin etməkdir. Həmçinin seysmik  qeydlərin anatomiyasını öyrənilməsi ilə bağlı bacarıqların artırılması və təkmilləşdirilməsi mövzusunda təlim kursu keçirməkdir. Bu məqsədlə əcnəbi mütəxəssislər Azərbaycan Milli Məlumat Mərkəzinin elmi direktoru akademik Fəxrəddin Qədirov, dosent Rafiq Səfərov və dosent Qulam Babayev ilə elmi müzakirələr aparıblar. Razılaşdırılıb ki, sistemin yenilənməsi ilə NSHQMT-ının Beynəlxalq Monitorinq Sisteminin məlumatları və Beynəlxalq Məlumat Mərkəzinin hazırladığı məlumat bazasına  girişin əldə olunması, bu məlumatların mülki və elmi tətbiqi, yerli və regional hadisələrin xüsusi proqram paketləri vasitəsilə təhlili, Milli Məlumat Mərkəzində quraşdırılacaq və mövcud olan digər proqramlardan istifadə on line rejimində təmin ediləcəkdir.

Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması Müqaviləsi Təşkilatı (NSHQMT) nüvə sınaqlarının bütün formalarını qadağan etmək və nüvə silahlarının inkişaf etdirilməsi və təkmilləşdirilməsi imkanlarını azaltmaqla, yeni və dağıdıcı gücə malik silahların istehsalının qarşısını almağa xidmət edir.

İndiyə kimi NSHQM 184 dövlət tərəfindən imzalanıb və 167 dövlət tərəfindən ratifikasiya olunub. Müqavilənin qüvvəyə minməməsinin əsas səbəbi “2-ci əlavə" dövlətləri adlanan və nüvə potensialına malik 44 dövlətdən yalnız 36-sının ona qoşulmasıdir. Hazırda "2-ci əlavə" dövlətlərindən 3-ü - Şimali Koreya, Pakistan və Hindistan  müqaviləni imzalamayıb, Çin, Pakistan, Hindistan, İran və ABŞ  isə imzalasa da ratifikasiya etməyib. NSHQMT-nın 14-cü maddəsinə əsasən müqavilə sözügedən 44 dövlətin hamısı tərəfindən ratifikasiya edildikdən 6 ay sonra qüvvəyə minəcəkdir.

Bildirək ki, Azərbaycan qlobal nüvə tərki-silahının və yayılmama rejiminin əsas elementlərindən biri olan NSHQM-u 1997-ci il iyulun 28-də  imzalayıb, 1998-ci il  dekabrın 1-də  onu ratifikasiya edib, 1999-cu il fevralın 1-də isə  müvafiq ratifikasiya BMT Baş katibinə təqdim edib.

AMEA Geologiya və Geofizika İnstitutu nəzdində NSHQMT-nun Milli Məlumat Mərkəzi Beynəlxalq Məlumat Mərkəzinə daxildir və dünya üzrə paylanmış Beynəlxalq Monitorinq sisteminə daxil olan stansiyalardan məlumatlar qəbul edir  və ötürür.

GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62

shirmamed.nazarli@yandex.ru

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015