AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
RSXM-də gənc alim və mütəxəssislər üçün hazırlıq kursları yenidən fəaliyyətə başlayıb
Sen 26, 2019 | 10:14 / Konfranslar, iclaslar
Oxunub 35 dəfə

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) kadr potensialının yüksəldilməsi, gənc alim və mütəxəssislərin dil bilgilərinin təkmilləşdirilməsi məqsədi ilə hazırlıq  kursları  yenidən fəaliyyətə başlayıb.

Xarici dil kursları İngilis və rus dili üzrə keçirilir. Bununla yanaşı, RSXM-nin Tədris şöbəsi tərəfindən gənc alim və mütəxəssislər üçün ixtisas fənləri istiqamətində ixtisas dərslərinə də start verilib. Yer elmləri sahəsi üzrə ixtisas fənlərini RSXM-nin və AMEA-nın Yer Elmləri Bölməsinə daxil olan digər elmi təşkilatların alimləri tədris edirlər.

Gənc alim və mütəxəssislər kursların sonunda  müvafiq olaraq ixtisas və xarici dil üzrə test imtahanı verəcəklər.

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi

Əlaqə: (012) 492 34 57

E-mail: vusale-777@mail.ru

vusalarafiqqizi@gmail.com

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015