AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Məktəblilərin beynəlxalq olimpiadasına hazırlıq tədbiri
Sen 26, 2019 | 01:50 / Konfranslar, iclaslar
Oxunub 36 dəfə

AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, Azərbaycan Coğrafiya Cəmiyyətinin elmi katibi, c.ü.f.d. Mirnuh İsmayılov Bakı şəhəri 8 saylı orta məktəbində keçirilən "Coğrafiyadan şagirdlərin Beynəlxalq coğrafiya olimpiadasına (iGeo) hazırlığı" layihəsinin açiliş tədbirində iştirak edib.

Tədbirdə çıxış edən layihə rəhbəri, "Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi"nin qalibi Yaşar Seyidəliyev iştirakçılara Beynəlxalq Coğrafiya olimpiadası, müasir coğrafiyanın bugünki vəziyyəti, gələcək perspektivləri  və layihə barədə məlumat verib.  Bildirilib ki, BMT nəzdində fəaliyyət göstərən dünya ölkələri coğrafiya alimlərinin Beynəlxalq Coğrafiya Birliyinin (İGU) təşkil etdiyi Beynəlxalq Coğrafiya olimpiadası coğrafiya üzrə orta məktəb şagirdləri arasında dünyada ən yüksək müsabiqədir. Milli coğrafiya müsabiqəsinin ən yaxşısı adını alan  və yaşı16-19  arası olan gənclər müsabiqədə iştirak etmək hüququ qazanırlar.   

Cİ nümayəndəsi Mirnuh İsmayılov çıxış edərək layihənin coğrafiya fənni üçün əhəmiyyətindən, onun gənc və yeniyetmələrdə coğrafiyaya olan marağın artmasındakı rolundan danışıb. M.İsmayılov Coğrafiya İnstitutu və Coğrafiya Cəmiyyətinin belə tədbirləri hər zaman dəstəklədiyini, coğrafiyaçı alimlərin uyğun tədbirlərdə yaxından iştirak etdiklərini  diqqətə çatdırıb. O bildirib ki,  Coğrafiya İnstitutunun direktoru və Cəmiyyətin prezidenti  akademik Ramiz Məmmədov istedadlı, çalışqan gənclərə həmişə dayaq olur.

BDU-nun dosenti Nərminə Seyfullayeva və digər coğrafiyaçılar da çıxışlarında Beynəlxalq coğrafiya olimpiadasına hazırlıq mərkəzinin təşkilini müsbət qarşıladlarını və dəstəklədiklərini bildiriblər.

AMEA akademik. H. Əliyev adına Coğrafiya İnstitutunun

İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə: (012) 538-59 76;   mob. (050) 630-10-21

xrzazadeh@gmail.com

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015