AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
RSXM-nin baş direktoru Türkiyədə Azərbaycandakı seysmik vəziyyətdən danışıb
Sen 27, 2019 | 10:19 / Konfranslar, iclaslar
Oxunub 30 dəfə

Türkiyədə 1999-cu ildə baş vermiş zəlzələlərinin 20 illiyinə həsr olunmuş VI Beynəlxalq Zəlzələ Simpoziumunda iştirak edən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli tədbirdə Azərbaycan ərazisindəki seysmik vəziyyətə dair məruzə ilə çıxış edib. Baş direktor məruzəsində hazırda Azərbaycanda seysmik vəziyyət, aparılan kompleks seysmoloji tədqiqatlar və alınan nəticələr haqqında danışıb.

RSXM-nin baş direktoru həmçinin tədbir çərçivəsində ikitərəfli görüşlər də keçirib. Kocaeli Universitetinin Mühəndislik fakültəsinin Geofizika Mühəndisliyi bölümünün rəhbəri professor Cengiz Kurtuluş ilə görüşdə ikitərfli  əməkdaşlıq məsələləri müzakirə mövzusu olub. Qərara gəlinib ki,  Kocaeli Universiteti Mühəndislik fakültəsinin Geofizika Mmühəndisliyi bölümü ilə RSXM-nin seysmoloji tədqiqatlarla birgə layihələr reallaşdırmaq mümkündür.

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi

Əlaqə: 012492-34-57

E-mail: vusale-777@mail.ru

vusalarafiqqizi@gmail.com

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015