AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Amerikali seysmoloqlar "QAFQAZ KƏSİLİŞİ" layihəsi ilə bağlı Azərbaycana gəliblər
Sen 27, 2019 | 10:32 / Görüşlər
Oxunub 24 dəfə

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi, ABŞ Enerji Departamenti və Ukrayna Elm və Texnologiya Mərkəzinin  "Qafqaz Kəsilişi"  birgə layihəsi çərçivəsində işlər davam etdirilir. Bu məqsədlə amerikalı seysmoloqlar - Miçiqan Dövlət Universitetinin Yer və Ətraf Mühit Elmləri departamentinin professoru Kevin Mackey və Missuri Universitetinin elmi işçisi Utku Koçum Azərbaycana ezam olunublar.  Səfər çərçivəsində Hacıqabul, Neftçala, Göyçay, İsmayıllı, Quba və Qusar rayonlarında quraşdırılmış seysmik stansiyalarda texniki yenilənmə işlərinin aparılması və məlumatların toplanılması nəzərdə tutulub.

Hazırda Hacıqabul, Neftçala, Göyçay rayonlarında quraşdırılmış stansiyalarda işlər tamamlanıb,İsmayıllı rayonundakı stansiyalarda isə davam edir.

 Əcnəbi seysmoloqların ezamiyyəti oktyabrın əvvəlində başa çatacaq.

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi

Əlaqə: 012492-34-57

E-mail: vusale-777@mail.r

vusalarafiqqizi@gmail.com

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015