AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
AMEA-nın “ELM” nəşriyyatı vi Bakı beynəlxalq kitab sərgi-yarmarkasında uğurla iştirak edib
Sen 30, 2019 | 11:33 / Konfranslar, iclaslar
Oxunub 21 dəfə

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 27-29-da  Bakı İdman Sarayında təşkil olunan VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında AMEA-nın "Elm" nəşriyyatı da təmsil olunub.

Sərgidə cari ildə nəşr olunan xeyli sayda elmin müxtəlif sahələrinə dair monoqrafiyalar, elmi məcmuələr, lüğətlər seçilmiş əsərlər, elmi-kütləvi kitablar, elmi jurnallar, biblioqrafik göstəricilər nümayiş etdirib. Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, eləcə də digər yerli və xarici tədbir iştirakçıları "Elm" nəşriyyatının təşkil etdiyi guşəyə xüsusi diqqət yetirib, müəssisənin nəşrlərini yüksək qiymətləndiriblər.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015