AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Gənc seysmoloqlar Tacikistanda məruzə ilə çıxış ediblər
Sen 30, 2019 | 10:01 / Konfranslar, iclaslar
Oxunub 21 dəfə

Tacikistan Respublikasının Düşənbə MDB  üzvü olan ölkələrdən gənc alim və mütəxəssislərin  iştirakı ilə “Gənc seysmoloqlar məktəbi” tədbiri keçirilib.

Tədbirdə Azərbaycanı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma şöbəsinin elmi işçisi Afaq Ağazadə  və  Qravimetriya şöbəsinin kiçik elmi işçisi Pərvin Babazadə təmsil ediblər.

A.Ağazadə konfransda “Bulla dəniz neft-qaz yatağının seysmogeodinamik şəraitinin qiymətləndirilməsi (Cənubi Xəzər Hövzəsi)”, P.Babazadə isə "Böyük Qafqaz ərazisində seysmik aktivliyin səciyyəsi" mövzusunda təqdimatla çıxış ediblər.

Hər iki məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Səfər çərçivəsində gənc alim və mütəxəssislər Tacikstanın “Simiqanç” seysmik stansiyasının işi ilə tanış olublar.

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi

Əlaqə: 012492-34-57

E-mail: vusale-777@mail.ru

vusalarafiqqizi@gmail.com

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015