AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
RSXM əməkdaşları seminarda iştirak ediblər
Sen 30, 2019 | 10:34 / Konfranslar, iclaslar
Oxunub 18 dəfə

Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması Müqaviləsi Təşkilatının ekspertləri Aleksandr Poplavskiy və Abdelouaheb Agrebinin iştirakı,  Azərbaycan Respublikasının Avstriyadakı səfirliyinin dəstəyi ilə 25.09.2019-27.09.2019 il tarixlərində AMEA Geologiya və Geofizika İnstitutunda (GGİ) seminar keçirilib.

Seminarda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Zəlzələlərin tədqiqatı” bürosunun, “Zəlzələ ocaqlarının dinamikası” və “Geodinamika” şöbələrinin əməkdaşları iştrak ediblər. 

Tədbirdəa nüvə sınaqlarının bütün formalarını təyin etmək, nüvə silahlarının inkişaf etdirilməsi və təkmilləşdirilməsi imkanlarını azaltmaqla, yeni və dağıdıcı gücə malik silahların istehsalının qarşısını almağın yolları müzakirə edilib.

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi

Əlaqə: 012492-34-57

E-mail: vusale-777@mail.ru

vusalarafiqqizi@gmail.com

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015