AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Avrasiya xalqları assambleyası günləri çərçivəsində "dəyirmi masa" keçiriləcək
Okt 01, 2019 | 08:57 / Konfranslar, iclaslar
Oxunub 13 dəfə

Avrasiya Xalqları Assambleyası AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Xəzər-Avrasiya” Mərkəzinin  (Həştərxan) dəstəyi ilə Azərbaycanda Avrasiya Xalqları Assambleyası günləri çərçivəsində  “Xəzərin Avrasiya inteqrasiyasına töhfəsi: sülh, harmoniya və mehriban qonşuluq dənizi”  mövzusunda “dəyirmi masa”  keçirir. Tədbirdə beynəlxalq hökumətlərarası və qeyri-hökumət təşkilatlarının, qeyri-kommersiya təşkilatlarının nümayəndələri, ekspertlər, elm və mədəniyyət xadimləri, media nümayəndələri iştirak edəcəklər.

“Dəyirmi masa”da Xəzər regionu xalqlarının Avrasiya inteqrasiyasındakı rolu və əhəmiyyəti, humanitar və mədəni qarşılıqlı əlaqələr, Xəzərdə inteqrasiya istiqamətlərini həyata keçirməyin yeni yolları və metodları kimi məsələlər müzakirə olunacaq, əcnəbi iştirakçıların təklifləri dinləniləcək.

KİV nümayəndələri tədbirə dəvətlidirlər.

Tədbir oktyabrın 2-də  H.Cavid prospekti,115, AMEA-nın Əsas binası, 8-ci mərtəbə, akt zalında keçiriləcək.

AMEA akademik H. Əliyev adına Coğrafiya İnstitutunun

İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə: (012) 538-59 76;  mob. (050) 630-10-21

xrzazadeh@gmail.com

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015