AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
İsmət Qasımovun 80 illik yubileyi qeyd edilib
Okt 02, 2019 | 01:17 / Konfranslar, iclaslar
Oxunub 17 dəfə

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (DSXM) “Şamaxı” seysmik stansiyasının müdiri İsmət Qasımovun 80 illik yubileyi qeyd edilib. Şamaxı rayon icra hakimiyyətində keçirilən tədbirdə AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev, AMEA-nın Yer Elmləri bölməsinin akademik-katibi akademik Fəxrəddin Qədirov, RSXM-nin baş direktoru  AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, Şamaxı rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, RSXM-nin baş direktorunun müavini Ramiz İsgəndərov, baş mühəndis Rauf Muradov, Seysmologiya şöbəsinin müdiri geologiya-mineralogiya elmlər doktoru Tahir Məmmədli və digər əməkdaşlar iştirak ediblər.

RSXM-nin baş direktoru Qurban Yetirmişli İsmət Qasımovun Azərbaycanda seysmologiya sahəsinin inkişafındakı rolu və xidmətlərindən danışıb. Şamaxı rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov tədbirdə çıxış edərək yubiliyarı təbrik edib.

Yubileytədbirində İsmət Qasımova Azərbaycanda seysmologiya sahəsindəki fəaliyyətinə görə AMEA-nın Yer Elmləri bölməsi tərəfindən verilən “Fəxri Fərman” və qiymətli hədiyyə təqdim edilib.

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi

Əlaqə: 012492-34-57

E-mail: vusale-777@mail.ru

vusalarafiqqizi@gmail.com

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015