AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
GGİ-nin gənc aliminə “AMEA-nın PROFESSORU” adının diplomu təqdim edilmişdir
Okt 03, 2019 | 09:30 / Mühüm hadisələr
Oxunub 5 dəfə

Geologiya və Geofizika İnstitutu Seysmologiya və seysmik  təhlükə şöbəsinin rəhbəri yer elmləri üzrə elmlər doktoru, dosent Qulam Babayevə “Azərbaycan Milli Elmlər Akademiyasının  professoru” adının diplomu təqdim edilmişdir.

Diplomu gənc alimə AMEA Yer Elmləri Bölməsinin,  akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun və Azərbaycan Coğrafiya Cəmiyyətinin birgə elmi sessiyasında akademik Fəxrəddin Qədirov təqdim edərək ona gələcək elmi tədqiqat işlərində yeni uğurlar arzulamışdır.

Xatırladaq ki, “Azərbaycan Milli Elmlər Akademiyasının  professoru” adı AMEA Rəyasət Heyətinin  18 yanvar 2017-ci il tarixli qərarı ilə təsis edilmiş və  AMEA Rəyasət  Heyətinin  2 fevral 2017-ci il tarixli qərarı ilə  “AMEA-nın professoru” adı haqqında Əsasnamə təsdiq olunmuşdur.

AMEA Rəyasət Heyətinin  3 aprel 2019-cu il qərarı ilə “AMEA-nın professoru” adını almaq üçün müsabiqə elan edilmişdir. AMEA-nın Rəyasət Heyətində gizli səsvermə nəticəsində 13 nəfər AMEA-nın professoru seçilmişdir. Onlardan biri də AMEA Yer Elmləri Bölməsinin geofizika sahəsi üzrə mütəxəssisi, GGİ Seysmologiya və seysmik  təhlükə şöbəsinin rəhbəri Qulam Babayevdir. 

GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015