AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Təbii-təsərrüfat sistemlərinin təşkili mövzusunda konfrans keçiriləcək
Okt 04, 2019 | 01:48 / Konfranslar, iclaslar
Oxunub 10 dəfə

AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu və Azərbaycan Coğrafiya Cəmiyyətinin təşkilatçılığı ilə  bu il noyabrın 7-8-də Mingəçevir şəhərində “Azərbaycanın arid regionlarinda təbii-təsərrüfat sistemlərinin təşkili və idarə olunması” mövzusunda elmi-praktiki konfrans keçiriləcək.

Həyata keçirilən tədbirlərin elmi əsaslarının hazırlanması, elmi yeniliklərin innovasiyasının gücləndirilməsi, təbii-coğrafi şəraitin potensialından istifadə edilməsi, gələcəkdə yerinə yetiriləcək tədbirlərin təsərrüfatın və əhalinin səmərəli ərazi təşkilində rolunun öyrənilməsi kimi məsələlər tədbirdə müzakirə ediləcək.

Konfrans aşağıdakı bölmələr üzrə işləyəcək:

  • Landşaftlardan istifadənin müasir vəziyyəti və perspektivləri
  • Müasir iqlim və su ehtiyatlarının qiymətləndirilməsi, istifadəsi və qorunması problemləri
  • Azərbaycanın davamlı inkişafının ekocoğrafi əsasları
  • Regionların təbii ehtiyat potensialından istifadə problemləri və onların həlli yolları
  • Torpaqlardan səmərəli istifadə edilməsi və onların ekoloji problemləri
  • Torpaq-bitki örtüyünün mühafizəsi
  • Sosial-iqtisadi və demoqrafik inkişaf, onların regional problemləri və perspektiv istiqamətləri

AMEA akademik. H. Əliyev adına Coğrafiya İnstitutunun

İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:

(012) 538-59 76 ;  mob. (050) 630-10-21

xrzazadeh@gmail.com  

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015