AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
RSXM - də Bakının seysmik riskinin qiymətləndirilməsi müzakirə edilib
Okt 04, 2019 | 01:53 / Konfranslar, iclaslar
Oxunub 23 dəfə

Almaniyanın AS+P  şirkətinin nümayəndələri Stefanie Vladka və Adem Tunca  AMEA  nəzdində  Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) olublar. Görüşdə RSXM-nin baş direktoru AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli, baş mühəndis Rauf Muradov, Seysmologiya şöbəsinin müdiri geologiya-mineralogiya elmlər doktoru Tahir Məmmədli və mərkəzin digər əməkdaşları iştirak ediblər.

Qeyd edək ki, Almaniyanın layihələndirmə şirkəti olan AS+P şirkəti hazırda  Bakı  şəhərinin Baş planının hazırlanması işi ilə məşğul olduğuna görə, RSXM - də keçirilən görüşdə əsas müzakirələr Bakı şəhəri və Abşeron yarımadasında seysmik riskin qiymətləndirilməsi ilə bağlı olub.

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli mərkəzdə aparılan seysmik riskin qiymətləndirilməsi və Bakı şəhərinin seysmik mikrorayonlaşdırılması işləri haqqında qonaqları məlumatlandırıb.

AS+P şirkətinin nümayəndəsi Stefanie Vladka isə bildirib ki, Bakı şəhərinin Baş Planı hazırlanarkən buradakı seysmik risk və həssas ərazilər mütləq nəzərə alınmalıdır.  Həmçinin, palçıq vulkanlarının yaşayış ərazilərinə təsiri ilə bağlı amillərin də nəzərdən keçirildiyi nəzərə çatdırılıb.

Görüşdə həmçinin gələcək əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi

Əlaqə: 012-4923457

E-mail: vusale-777@mail.ru

vusalarafiqqizi@gmail.com

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015