AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Coğrafi İnformasiya sistemləri üzrə təlimlər başlayır
Okt 04, 2019 | 08:55 / Konfranslar, iclaslar
Oxunub 4 dəfə

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu və Azərbaycan Coğrafiya Cəmiyyətinin birgə təşkilatçılığı ilə coğrafi informasiya sistemləri (CİS) üzrə təlimlər başlayır. İki həftə davam edəcək təlimləri Avstraliyanın Sidney şəhəri, Macquarie Universitetinin müəllimi professor Əli Əkbər Rəsuli aparacaq.

Təlimlərə AMEA-nın Coğrafiya, Neft və Qaz, Zoologiya, Geofizika və Geologiya İnstitutları, Respublika Seysmoloji Xidməti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Dövlət Universiteti və Milli Aviasiya Akademiyasının elmi işçi və müəllim heyəti cəlb olunub.

Oktyabrın 7-də saat   saat 11.00-da  AMEA Coğrafiya İnstitutunun akt zalında (8-ci mərtəbə) keçiriləcək açılış mərasiminə KİV dəvətlidir.

AMEA akademik. H. Əliyev adına Coğrafiya İnstitutunun

İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:

(012) 538-59 76 ;  mob. (050) 630-10-21

xrzazadeh@gmail.com  

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015