AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
RSXM-nin Həmkarlar Təşkilatı yenidən formalaşdırılıb
Okt 10, 2019 | 02:45 / Mühüm hadisələr
Oxunub 12 dəfə

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) Həmkarlar Təşkilatının yenidən formalaşdırılması ilə bağlı iclas keçirilib. RSXM - nin baş direktoru AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli bildirib ki, mərkəzin Həmkarlar Təşkilatının sədri Aygün Quliyeva səhhətində yaranmış problemlə bağlı rəhbərliyə müraciət edərək, Həmkarlar Təşkilatının sədri vəzifəsindən azad edilməsini xahiş edib. İclasda A.Quliyevaya 6 illik fəaliyyətinə görə təşəkkür edilib.

Sonra təşkilatın yenidən formalaşdırılması məsələsinə baxılıb. İclasda iştirak edən AMEA Azad Həmkarlar İttifaqının sədri hüquq elmləri doktoru, professor Habil Qurbanov çıxış edərək RSXM-nin Həmkarlar Təşkilatının bu vaxta qədər olan fəaliyyətini müsbət qiymətləndirib.

Daha sonra kollektiv səsvermə nəticəsində yeni üzvlər seçilib. RSXM-nin Makroseysmik tədqiqatlar şöbəsinin müdiri geologiya üzrə fəlsəfə doktoru Etibar Qaravəliyev Həmkarlar Təşkilatının sədri və ona  müavin  seçilib. 

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi

Əlaqə: 012-4923457

E-mail: vusale-777@mail.ru

vusalarafiqqizi@gmail.com

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015