AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Borjomi şəhərində Qafqazda və Orta Asiyada seysmik şəbəkənin genişləndirilməsi müzakirə edilir
Okt 17, 2019 | 09:46 / Konfranslar, iclaslar
Oxunub 126 dəfə

ABŞ Enerji Departamentinin Milli Nüvə Təhlükəsizliyi İdarəsi (NNSA) və Ukrayna Elm Texnologiya Mərkəzinin dəstəyi,Gürcüstanın İlia Dövlət Universitetinin Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzinin (NSCM) təşkilatçılığı ilə Borjomi şəhərində “Qafqazda və Orta Asiyada Seysmik Şəbəkənin genişləndirilməsi – I mərhələ” mövzusunda konfrans keçirilir.

Konfransda Azərbaycanı  AMEA-nın vitse-prezidenti, Neft və Qaz İnstitutunun direktoru akademik İbrahim Quliyev, Milli Elmlər Akademiyası  nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru AMEA-nın müxbir üzvü, professor  Qurban Yetirmişli və mərkəzin Zəlzələlərin tədqiqatı bürosunun rəis müavini Ruqiyyə Kərimova təmsil edirlər. Müzakirələr zamanı Azərbaycandakı Seysmik Monitorinq Şəbəkəsinin fəaliyyəti və alınmış nəticələrə dair məruzə təqdim ediləcək.

Tədbir oktyabrın 18-da başa çatacaq.

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi

Əlaqə: 012-4923457

E-mail: vusale-777@mail.ru

vusalarafiqqizi@gmail.com

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015