AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
RSXM əməkdaşlarına sertifikat və hədiyyə təqdim edilib
Okt 18, 2019 | 01:48 / Konfranslar, iclaslar
Oxunub 163 dəfə

AMEA-nın Yüksək Texnologiyalar Parkı (YT Park) və Cənubi Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutunun (STEPİ) birgə təşkilatçılığı ilə "Azərbaycanda texnologiya transferi və elmin kommersiyalaşdırılmasının təşviqi" layihəsi çərçivəsində keçirilən seminar başa çatıb. 

STEPİ nümayəndələri - təlimlər qrupunun rəhbəri Eun Yo Kim, layihənin koordinatoru So Hyun Kvon, Hanbat Universitetinin professoru Yonq İn Çoiinin keçirdiyi seminarın nəticəsi kimi təlim iştirakçılarına serfikat təqdim edilib. Seminarda iştirak edən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) Beynəlxalq əlaqələr şöbəsinin kiçik elmi işçisi Leyla Aşurova və şöbənin mütəxəssisi Könül Yusubova da serfikatla təltif edilənlər siyahısındadırlar.

İki gün davam edən müzakirələrdə fəallıq göstərdikləri üçün Mərkəz əməkdaşlarına isə  hədiyyələr verilib.

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi

Əlaqə: 012-4923457

E-mail: vusale-777@mail.ru

vusalarafiqqizi@gmail.com

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015