AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Cİ-də CİS üzrə təlimlərə yekun vurulub
Okt 21, 2019 | 09:49 / Konfranslar, iclaslar
Oxunub 152 dəfə

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu və Azərbaycan Coğrafiya Cəmiyyətinin birgə təşkilatçılığı ilə Coğrafiya İnstitutunda ödənişsiz keçən coğrafi informasiya sistemləri (CİS) üzrə təlimlərə yekun vurulub.

 

İki həftə davam edən təlimləri Avstraliyanın Macquarie Universitetinin müəllimi professor Əli Əkbər Rəsuli, bir günlük seminar-məşğələni isə Cenevrə Universitetinin CİS üzrə aparıcı mütəxəssisi Dr. Yaniss Guigoz aparıb.

 

İnstitutun direktoru akademik Ramiz Məmmədov yekun tədbirində çıxış edərək treninqin uğurla başa çatmasına görə iştirakçıları təbrik edib və onlara uğurlar arzulayıb. Bu məşğələləri keçənilkindən fərqləndirən akademik iştirakçıların fəallığını və marağını, professor Ə.Rəsulinin işə böyük məsuliyyətlə yanaşdığını,  təlimləri yeni-yeni proqramlar üzərində qurduğunu xüsusi vurğulayıb. Alim qeyd edib ki, bu proqram təminatlarından istifadə etməklə ölkəmiz haqqında daha dəqiq, düzgün və dolğun məlumat əldə etmək, işğal altında olan torpaqlarımızı tətbiq etmək mümkün olduğundan gələcəkdə də CİS proqramlarının geniş auditoriyada və daha dərindən mənimsənilməsi üçün bütün imkanlardan istifadə edəcək.

 

Tədbirdə iştirak edən akademik Qərib Məmmədov bu dərslərin böyük fayda verəcəyini diqqətə çatdırıb. Coğrafiya İnstitutunu özünə doğma məkan  hesab etdiyini deyən Q.Məmmədov İnstitut rəhbərliyinin fəaliyyətini yüksək qiymətləndirib.

Professor Əli Rəsuli çıxışında bir azərbaycanlı kimi bu ölkəyə borclu olduğundan ona xidmətdən məmnun olduğunu bildirib. Sonra o, gələcək treninqlərdə peyk təsvirlərinin emalında Erdas Imagine proqram təminatı ilə yanaşı ENVI proqram təminatından istifadə qaydalarının öyrədilməsinə başlayacağını bildirib.

Təlimlərdə AMEA-nın Coğrafiya, Neft və Qaz, Zoologiya, Geofizika və Geologiya institutları, Respublika Seysmoloji Xidməti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Dövlət Universiteti və Milli Aviasiya Akademiyasının elmi işçi və müəllim heyəti iştirak edib.

Sonda təlim iştirakçılarına sertifikat təqdim edilib.

AMEA akademik. H. Əliyev adına Coğrafiya İnstitutunun

İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə: (012) 538-59 76; mob. (050) 630-10-21

xrzazadeh@gmail.com

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015