AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
AMEA-nın Ümumi yığıncağı keçirilib
Okt 23, 2019 | 09:26 / Konfranslar, iclaslar
Oxunub 203 dəfə

Oktyabrın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib.

Tədbirdə akademik Akif Əlizadə Ümumi yığıncağın gündəliyində AMEA-nın prezidenti vəzifəsinə seçkinin keçirilməsi olduğunu bildirib. O bu vəzifəyə akademik Ramiz Mehdiyevin namizədliyini təklif edib.

Daha sonra AMEA-nın prezidenti vəzifəsinə gizli səsvermə yolu ilə seçki keçirilib. Səsvermənin keçirilməsi üçün akademik Urxan Ələkbərovun sədrliyi, akademiklər - Vaqif Fərzəliyev, Möhsün Nağısoylu, Nailə Vəlixanlı və Əkpər Feyzullayevin üzvlüyündən ibarət hesablayıcı komissiya yaradılıb.

Səsvermənin nəticəsinə əsasən, akademik Ramiz Mehdiyev AMEA-nın yeni prezidenti seçilib.

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015