AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Türk mənşəli adların dəyişdirilməsi məsələsinin müzakirəsi
Okt 24, 2019 | 09:07 / Konfranslar, iclaslar
Oxunub 141 dəfə

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun  Elmi  seminarında direktor akademik Ramiz Məmmədov gündəlikdə duran məsələlərlə iştirakçıları tanış etdikdən sonra  məruzə üçün sözü aqrar üzrə elmlər doktoru Yasin  Kərimova verib.

Məruzəçi müəllifi olduğu “Azərbaycanın tarixi ərazilərindəki yaşayış məntəqələri adlarının Ermənistan Respublikasının dövlət orqanlarının rəsmi sənədləri ilə dəyişdirilməsi” kitabı haqqında   məruzəsində bildirib ki, o, Moskva arxivlərinə yol taparaq Azərbaycanın tarixi ərazilərindəki (indiki Ermənistan əraziləri) yaşayış məntəqələri və kənd soveti adlarının dəyişdirilməsi ilə bağlı Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 60-dan çox fərman və digər sənədlərini əldə edib. Bu fərmanlarda 1946-1968-ci illər ərzində müxtəlif bəhanələrlə 300-dən çox türk mənşəli adın erməni adı ilə dəyişdirilməsi sübut olunur. Belə adların sayı hazırda 1000-i ötüb. Məsələn, fərmana əlavə olunmuş arayışda deyilir: “Ermənistanda xarici işğalçıların hakimiyyəti dövründən qalmış təhqiramiz məna daşıyan yaşayış məntəqələrinin türk mənşəli adlarının dəyişdirilməsi üzrə işlər gedir. Həmçinin, imkan olduqca erməni tarixi adları bərpa edilir”. Yaxud digər bir fərmanda deyilir: “Əhalisi Azərbaycana köçməsi ilə əlaqədar adları göstərilən yaşayış məntəqələri ləğv edilsin”.

Məruzə ətrafında çıxış edənlər müəllifin lazımlı arxiv materiallarını gətirərək onu kitab halına salmaq təşəbbüsünü yüksək qiymətləndirib, ona dəyərli təklif və məsləhətlər veriblər.

Müzakirələrə yekun vuran akademik Ramiz Məmmədov erməniləri öz əlləri ilə ifşa edən rəsmi dövlət sənədlərinin toplanaraq kitab halına salınmasına görə Y.Kərimova təşəkkürünü bildirib. O qeyd edib ki, ermənilər tarixi öz xeyirlərinə saxtalaşdırmaq meyllərindən əl çəkə bilmədiklərindən hər vasitə ilə yalan məlumatlar yaymaqda, dünya ictimaiyyətini aldatmaqda davam edirlər. Ona görə bizim vəzifəmiz onları cavabsız qoymamaq, tutarlı dəlillərlə bu yalanların ayaq tutub yeriməsinə imkan yaratmamaq, informasiya savaşında geridə qalmamaqdır.

AMEA akademik. H. Əliyev adına Coğrafiya İnstitutunun

ictimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə: (012) 538-59 76; mob. (050) 630-10-21

xrzazadeh@gmail.com

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015