AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Almaniya geoelmlər araşdırmaları mərkəzinin nümayəndəsi RSXM-də
Okt 29, 2019 | 10:24 / Konfranslar, iclaslar
Oxunub 197 dəfə

Almaniya  Geoelmlər Araşdırmaları Mərkəzi (GFZ) Geodeziya bölməsinin rəhbəri professor Mahdi Motagh AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Monitorinq Mərkəzində olub. Qonaq RSXM-də görülən işlərə böyük maraq göstərib.  

Almaniyali alimin də iştirak etdiyi tədbirdə RSXM-nin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova Mərkəzdə aparılan kompleks seysmoloji, geofiziki, geokimyəvi tədqiqatlar və alınmış nəticələrin emalına dair təqdimatla çıxış edib.

Görüşə RSXM-in “Zəlzələlərin tədqiqatı” bürosunun rəisi yer elmləri  üzrə fəlsəfə doktoru Səidə İsmayılova, “Geodinamika” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent İlyas Kazimov və digər əməkdaşlar da qatılıblar.

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi

Əlaqə: 012-4923457

E-mail: vusale-777@mail.ru

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015