AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Xızı ərazisində geomorfoloji tədqiqat aparılıb
Noy 05, 2019 | 03:45 / Maraqlı məlumatlar
Oxunub 116 dəfə

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Paleocoğrafiya şöbəsinin aparıcı elmi işçisi, geologiya-mineralogiya elmləri namizədi Rəşid Fətəliyev  Geologiya və Geofizika İnstitutunun əməkdaşı Ağamahmud Səmədov ilə birgə Siyəzən və Xızı rayonları ərazisində çöl tədqiqat  işləri aparmışlar.

Elmi ədəbiyyatda “Köhnə dərəbinə kəsilişi” kimi tanınan Giləzi-Xızı yolunun sağında, Vərəftə silsiləsinin cənub-şərq yamacı boyunca müşahidə olunan müxtəlif rəngli gil laylarının geoloji, geomorfoloji və paleocoğrafi cəhətdən öyrənilməsi məqsədilə  Böyük Qafqazın şimal-şərq yamacında yer almış geoloji-təbiət abidələrinin, o cümlədən əsasən Xızır-Zində ziyarətgahı kimi tanınan Beşbarmaq dağı kimi təbiət abidələrini formalaşdıran süxurlardan laboratoriya analizləri üçün süxur nümunələri götürülmüş, onların ümumi stratiqrafik vəziyyəti, eləcə də yerləşdikləri ərazinin geoturizm imkanları araşdırılmışdır. 

AMEA akademik. H. Əliyev adına

Coğrafiya İnstitutunun

ictimaiyyətlə əlaqələr şöbəsi

 

Əlaqə:

(012) 538-59 76 

mob. (050) 630-10-21

xrzazadeh@gmail.com

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015