AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
RSXM -nin elmı -texnıkı şurasında şöbələr üzrə illik hesabatlar dinlənilib
Noy 06, 2019 | 03:51 / Konfranslar, iclaslar
Oxunub 236 dəfə

Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) 2019 - cu ildə aparılmış elmi tədqiqatlar və elmi - istehsalat işlərinin yekunlarına dair  illik hesabatların  müzakirəsi keçirilib. RSXM-nin Elmi-Texniki Şurasının iclasında müvafiq şöbələr üzrə 2019-cu ildə əldə olunmuş elmi nəticələr və aparılmış elmi-istehsalat işlərinə dair məruzələr təqdim edilib.

RSXM-nin baş direktoru AMEA-nın müxbir üzvü,  professor  Qurban Yetirmişli  gündəliyi  elan  etdikdən sonra Seysmologiya  bölməsi üzrə hesabatlar təqdim edilib.

“2019-cu ildə Azərbaycan və ətraf  bölgələrdə baş vermiş zəlzələlərin tədqiqi” mövzusu üzrə "Zəlzələlərin tədqiqatı" bürosunun rəisi, yer elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova, “Zəlzələ ocaqlarının tədqiqi və Beynəlxalq Seysmotomoqrafiya laboratoriyasının fəaliyyəti”  haqqında  "Zəlzələ ocaqlarının dinamikası" şöbəsinin müdiri geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova, “Seysmik məlumatlar əsasında zəlzələlərin xəbərverici əlamətlərinin tədqiqi, zəlzələlərin və partlayışların müqayisəli analizi”  haqqında "Seysmoloji materialların təhlili və təfsiri"  şöbəsinin müdiri Rasimə Abdullayeva, “Hiss olunan zəlzələlərin makroseysmik tədqiqi” mövzusu üzrə  "Makroseysmik tədqiqatlar" şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev, 2019-cu ildə aparılmış mühəndis - seysmoloji  tədqiqatlara  dair illik hesabatı isə "Mühəndis geologiyası  və  seysmik  mikrorayonlaşdırma"   şöbəsinin müdiri  Zəhra Əliyeva təqdim edib.

Daha sonra "Maqnitometriya" şöbəsinin müdiri geologiya-mineralogiya elmlər doktoru Hümbət Vəliyev  “2019-cu ildə stasonar və diskret maqnitometrik tədqiqatlar”, "Qravimetriya" şöbəsinin müdiri Elçin Bağırov “2019-cu ildə stasionar və diskret qravimetrik tədqiqatlar”, "Geodinamika" şöbəsinin  müdiri  geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent İlyas Kazımov “Azərbaycan ərazisinin GPS məlumatların əsasında geodinamikası”, "Kompleks geokimyəvi tədqiqatlar" şöbəsinin müdiri, geologiya-mineralogiya elmlər doktoru Ramidə Kərəmova isə il ərzində aparılan geokimyəvi tədqiqatlar haqqında illik hesabatları səsləndiriblər.

İclasda həmçinin “İnformasiya” şöbəsinin müdiri Vüsalə Rafiqqızı, “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri Telman Cəfərov, Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri Afaq Ağazadə müvafiq şöbələr üzrə illik hesabatları təqdim ediblər. Hesabatların təqdimatından sonra AMEA-nın Geologiya və Geofizika İnstitutunun “Tektonofizika və geomexanika şöbəsi”nin müdiri akademik Hətəm Quliyev çıxış edərək təqdim edilmiş hesabatları müsbət qiymətləndirib.  Sonda  Elmi- Texniki Şura üzvləri hesabatların qəbul edilməsi haqqında qərar qəbul ediblər.

 

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi

Əlaqə: 012-4923457

E-mail: vusale-777@mail.ru

vusalarafiqqizi@gmail.com

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015