AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Azərbaycan alimlərinin və italiyali professorun həmmüəllif olduğu məqalə nüfuzlu beynəlxalq jurnalda dərc olunub
Noy 18, 2019 | 10:55 / Yeni nəşrlər
Oxunub 103 dəfə

AMEA-nın Yer Elmləri  Bölməsinin akademik-katibi akademik Fəxrəddin Qədirovun, Yer elmləri üzrə elmlər doktoru, AMEA-nın professoru Qulam Babayevin, Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru AMEA-nın müxbir üzvü Qurban Yetirmişlinin, Yer elmləri üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımovanın və italiyalı professor Luçiano Teleskanın həmmüəllif olduğu  “Azərbaycanın şimal-şərq hissəsinin gərginlik sahənin modeli” ("Stress field pattern in the northeastern part of Azİerbaijan”) adlı məqalə “Pure and Applied Geophysics” (PAGE) jurnalında dərc olunub.

Məqalədə Şərqi Qafqazın Azərbaycan hissəsinin litosferində regional tektonik gərginlik sahəsinin inteqrə modelinin qurulmasına imkan yaradan, zəlzələlərin ocaq mexanizmlərinin kataklastik təhlilinə və CASMO (“Dunya Gərginlik Xəritəsi”) proqramına əsaslanan kombinasiya edilmiş üsul təklif olunub. Bu üsul digər regionların öyrənilməsi üçün də əhəmiyyətlidir.

Xatırladaq ki, son illərdə Şərqi Qafqazın Azərbaycan hissəsinin litosferində regional tektonik gərginlik sahəsinin geniş şəkildə öyrənilməsi istiqamətində fundamental tədqiqatların böyük elmi və praktiki əhəmiyyəti  dünya alimlərinin diqqətini cəlb etmişdir. Bu məqsədlə beynəlxalq miqyasda mövcud olan müasir yanaşmaların ərazi üçün modifikasiya olunmuş metodlarının işlənilməsi  və tətbiqi mühüm rol oynayır.

 

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015