AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
CİS tətbiqi vasitəsilə külək elektrik stansiyalarInIn yer seçimi
Noy 21, 2019 | 11:39 / Konfranslar, iclaslar
Oxunub 106 dəfə

AMEA Coğrafiya İnstitutu  Elmi seminarının  növbəti iclasında Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin elmi işçisi Nicat İmamverdiyev  “Azərbaycanda külək elektrik stansiyalarının yer seçimində coğrafi informasiya sistemlərinin tətbiqi” mövzusunda  təqdimatla  çıxış edib.

Məruzəçi  bildirib ki, Azərbaycanda elektrik enerjisinin 91,9%-ni verən istilik elektrik stansiyalarından atmosferə ildə 18,5 mln. ton karbon qazı buraxılır. Eyni zamanda elektrik enerjisi istehsalına  milyardlarla m3 təbii qaz sərf olunur. Dünya ölkələrinin illik karbon emissiyalarının həcmi 45 mlrd. tona çatmışdır ki, bu da orta illik temperaturun 0,80 C artmasına və qlobal istiləşməyə gətirib çıxarıb. Bunun qarşısını almaq məqsədilə atmosferə buraxılan karbon qazı tullantılarının həcmini azaltmaq üçün istilik elektrik stansiyaları tədricən alternativ enerji mənbələrinə əsaslanan stansiyalarla əvəz olunur.

Tədqiqatçı 1990-2015-ci illərin külək meteoroloji məlumatları əsasında Abşeron yarımadası, Culfa və Ordubad rayonlarının külək yüksək potensiala malik olduğunu müəyyən edib. O, coğrafi informasiya sistemlərinin köməyi ilə külək turbinlərinin işləməsi üçün minimum sürəti 3,5 m/s-dən yüksək olan ərazilərin ümumi sahəsini hesablayaraq turbinlərin texniki xüsusiyyətlərini təhlil edərək  istehsal oluna bilən elektrik enerjisinin  miqdarını  təyin edib. Belə ki,Azərbaycanda külək elektrik stansiyalarının yerləşdirilməsi üçün CİS  proqramları vasitəsilə ümumi optimal ərazilərin sahəsi müəyyən edilib, ölkənin elektrik tələbatını ödəmə qabiliyyəti yüksək səmərəliliyə malik 56 məntəqədə tədqiq olunub. Müəyyən edilib ki,  Azərbaycanda elektrik enerjisinə tələbatın 17%-ni külək elektrik stansiyaları vasitəsilə almaq  mümkündür.   Bu həm də Azərbaycanın “Paris Sazişi”ndə götürdüyü karbon tullantılarının azaldılması öhdəliyinin yerinə yetirilməsi və dayanıqlı enerjidən istifadə edən ölkələrdən geri qalmaması üçün də əhəmiyyətlidir.

AMEA akademik. H. Əliyev adına Coğrafiya İnstitutunun

İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə: (012) 538-59 76;  mob. (050) 630-10-21

xrzazadeh@gmail.com 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015